Şəbəkə xidmətləri
Telefonun istifadəsi üçün sizin simsiz xidmət provayderinə ehtiyacınız var. Xüsusiyyətlərin
çoxu xüsusi şəbəkə xüsusiyyətləri tələb edir. Bu xüsusiyyətlər bütün şəbəkələrdə
mövcud deyil; şəbəkə xidmətlərindən istifadə etməkdən öncə digər şəbəkələr Sizdən
xidmət təminatçınızla xüsusi razılıq əldə etməyinizi tələb edə bilər. Xidmət təminatçınız
Sizə təlimatlar verə bilər və onun tərəfindən hansı haqların tətbiq olunmasını izah edə
bilər. Müəyyən şəbəkələrdə Sizin şəbəkə xidmətindən istifadənizə təsir edə biləcək
məhdudiyyətlər mövcud ola bilər. Misal üçün, dildən asılı olmayan simvollar və xidmətlər
müəyyən şəbəkələr tərəfindən təmin edilməyə bilər.
Xidmət təminatçınız telefonunuzdakı bəzi funksiyaların aktivləşdirilməməsini və ya
söndürülməsini tələb edə bilər. Belə olan halda həmin funksiyalar telefonunuzun
menyusunda görünməyəcək. Telefonunuz menyu adlarında, menyu sırasında və nişanlarda
dəyişikliklər kimi xüsusi konfiqurasiyaya malik ola bilər. Daha ətraflı məlumat üçün xidmət
provayderinizlə əlaqə saxlayın.
Bu cihaz TCP/IP protokollarına daxil olan WAP 2.0 protokollarını (HTTP və SSL)
dəstəkləyir. Bu cihazın müəyyən xüsusiyyətləri, məsələn, multimediya mesaj (MMS),
İnternet brauzinq, elektron poçt istifadəsi, cəld mesajlaşma, mövcudluq ilə gücləndirilimiş
kontaktlar, uzaq sinxronizasiya və məzmunun brauzer yaxud MMS ilə yüklənməsi kimi
xüsusiyyətlər bu texnoloqiyalar üçün şəbəkə köməyini tələb edir.
■