Nokia 3610 fold - Faydalı məsləhətlər 

background image

Faydalı məsləhətlər

Telefonunuzu xidmət mərkəzinə aparmaqdan əvvəl
S:
Mən telefonumda yaranan əməliyyat məsələlərinin necə həll edə bilərəm?
C: Aşağıda göstəriləni sınayın:
● Telefonu söndürüb batareyanı çıxardın və sonra onu yenidən daxil edin.
● İstehsalçı parametrlərini bərpa edin. Seçin

Menyu > Parametrlər > İstehsalçı

parametrlərini bərpa et. Kontaktlar-da saxlanılan adlar və telefon nömrələri silinmir.

● Telefonu Nokia Software Updater ilə təkmilləşdirin, əgər bu proqram təminatı mövcuddur.

www.nokia.com/softwareupdate və yaxud yerli Nokia İnternet saytına baxın.

Bluetooth əlaqəsi
S:
Niyə görə telefon Bluetooth cihazını tapa bilmir?
C: Aşağıdakıları yoxlayın:
● Bluetooth əlaqəsinin hər iki cihazda aktiv və cihazların uyğun olduqunu.
● İki cihazın arasında məsafənin 10 metrdən (33 futdan) artıq olmadıqını.

Cihazların arasında divar yaxud digər maneələrin olmadıqını.

● Digər cihazın gizli rejimdə olmadığını.
Zənglər
S:
Zəng tonunu necə dəyişdirə bilərəm?
C: Seçin Menyu > Parametrlər > Melodiyalar.
Kontaktlar
S:
Yeni kontaktı necə əlavə edə bilərəm?
C: Birinci kontakt üçün seçin Menyu > Kontaktlar > Adlar > Əlavə et.
S: Kontakta əlavə məlumatı necə əlavə edə bilərəm?
C: İstədiyiniz kontaktı axtarın, sonra isə seçin Detallar > Seçiml. > Detal əlavə et.
Menyular
S:
Menyuların görünüşünü necə dəyişdirə bilərəm?
C: Menyunun görünüşünü dəyişdirmək üçün seçin Menyu > Seçiml. > Əsas mnyu görnş.
S: Menyuya istədiyim üslubu necə verə bilərəm?
C: Menyunu yenidən təşkil etmək üçün seçin Menyu > Seçiml. > Təşkil et. Arzu olunan

menyu elementinə doğru keçin və

Köçür seçin. İstədiyiniz nöqtəyə doğru diyirləyin və

seçin

OK.

background image



Ü m u m i m ə l u m a t

Mesaj xidmətləri
S:
Elektron poçtu necə təsis edə bilərəm?
C: Sizin telefonda elektron poçt funksiyalarından istifadə etmək üçün sizə müvafiq

elektron poçt sistemi tələb olunur. Elektron poçtunuzun konfiqurasiyası sizin elektron poçt

təminatçınız ilə yoxlayın.
Elektron poçtun parametrlərini aktivləşdirmək üçün göstərilənləri seçin

Menyu > Mesajlar >

Mesaj parametrləri > E-poçt mesajları.
Kompyuterə qoşulma qabiliyyəti
S:
Niyə görə telefonu mənim kompyuterimə qoşduqda problemlər yaranır?
C: Nokia PC Suite sizin kompyuterinizdə quraşdırıldıqını və əməliyyat göstərdiyini təmin

etməlisiz. Nokia PC Suite istifadəçi təlimatı yaxud Nokia PC Suite kömək bölümünə baxın.

Həmçinin www.nokia.com saytında köməkçi səhifələrinə baxın.
Sürətli düymələr
S:
Telefonumda sürətli düymələr mövcuddurmu?
C: Sizin telefonunuzda bir neçə sürətli düymələr mövcuddur.
● Son yığılmış yaxud daxil olan nömrələr siyahısına çıxmaq üçün zəng düyməsini bir dəfə

basın. İstədiyiniz nömrənin və ya adın üzərinə keçin, zəng düyməsini basın.

● İnternet brauzeri açmaq üçün

0.sıxın.

● Səsli poçt qutusuna zəng etmək üçün

1.sıxın.

● Keçid düyməsini sürətli düymə kimi istifadə edin. Bax “Qısa yollarım”, səh. 31.
● Sakit profilə yaxud geriyə Normal profilə qayıtmaq üçün

# basıb saxlayın.