
Giriş kodları
Telefonunuzun giriş kodlarından necə istifadə etdiyini
qurmaq üçün seçin
Menyu > Parametrlər > Təhlükəsizlik.
● Klaviatura kilidi düymələrin təsadüfi basılmasının
qarşını alır:
1. Qapaq açıq olduqu vəziyyətdə klaviaturanı
bağlamaq üçün 3,5 saniyə ərzində
Menyu > * seçin.
2.
Qapaq açıq olduqu vəziyyətdə klaviaturanı
açmaq üçün 1,5 saniyə ərzində
Menyu > * seçin.
Klaviatura kilidli olduqda zəngə cavab vermək
üçün zəng düyməsini basın. Siz zəngi bitirəndə
və ya ondan imtina edəndə, klaviatura avtomatik
olaraq kilidlənir.
Siz həmçinin bundan yararlana bilərsiz
Menyu > Parametrlər > Telefon > Avtomatik
klaviatur kilidi və ya Təhlükəsizlik klaviatur kilidi > On (Aktiv et) yaxud Off (Söndür).
Əgər təhlükəsizlik klaviatura kilidi işlək vəziyyətdədirsə, tələb olunan zaman
təhlükəsizlik kodunu daxil edin.
● Təhlükəsizlik kodu (5-10 rəqəm) sizin telefonunuzu icazəsiz istifadədən mühafizə
etməkdə kömək edir. Siz kodu yarada yaxud dəyişdirə və bu parametri aktivləşdirə
yaxud ləğv edə bilərsiniz. Əgər siz kodu yaddan çıxartsanız və telefon blokirovkada olsa,
telefona göstəriləcək xidmət tələb olunacaq və əlavə xərclər tətbiq oluna bilər. Daha
ətraflı məlumat üçün Nokia Care nöqtəsinə yaxud telefonunuzun dilərinə müraciət edin.
● Sizin SIM kartınızla təchiz edilmiş PIN kod kartın icazəsiz istifadəsinin qarşısını
almaqda kömək edir.
● Bəzi SIM kartlarla birlikdə verilən PIN2 kodu müəyyən xidmətlərə daxil olmaq üçün
tələb olunur.
● PUK və PUK2 kodları SIM kart ilə birlikdə verilə bilər. Əgər siz PIN və ya PIN2 kodunu
3 dəfə səhv daxil etsəniz, sizdən PUK və ya PUK2 kodu tələb olunur. Əgər sizdə bu
kodlar yoxdursa, xidmət təminatçınıza müraciət edin.
● Qadağa parolu (4 rəqəmdən ibarətdir) telefonunuza daxil olan və telefonunuzdan edilən
zənglərə məhdudiyyət qoymaq üçün tələb olunur.
● Təhlükəsizlik modulu parametrlərinə (əgər quraşdırılıbsa) baxmaq və ya onları
dəyişdirmək üçün, seçin
Menyu > Parametrlər > Təhlükəsizlik > Təhlükəsizlik
modulu parametrləri.
■