
Proqram təminatının yeniləşdirilməsi
Nokia yeni funksiyalar, geniş imkanlar və ya üstün fəaliyyət təmin edən proqram yeniliklərini
hazırlaya bilər. Siz Nokia Software Updater PC proqramı vasitəsilə bu yenilikləri tələb
edə bilərsiniz. Cihazın proqramını yeniləmək üçün Nokia Software Updater proqramı və
Microsoft Windows 2000 və ya XP əməliyyat sistemi yüklənmiş kompyuter, internet və
cihazınızı kompyuterə qoşmaq üçün uyğun kabel lazımdır.
Daha ətraflı məlumat və Nokia Software Updater proqramını yükləmək üçün
www.nokia.com/softwareupdate saytına və ya yerli Nokia İnternet saytına baxın.
Proqram təminatının yeniləşdirilməsinin yüklənilməsi zamanı xidmət təminatçınızın
şəbəkəsi vasitəsilə iri ölçülü məlumat ötürülə bilər. Məlumatın göndərilmə hesabı ilə bağlı
məlumat almaq üçün xidmət təminatçınızla əlaqə saxlayın.
Sizin xidmət təminatçınız telefon üzrə proqram təminatının yeniliklərini hava vasitəsilə
birbaşa telefonunuza göndərə bilər. Bu seçim telefonunuzdan asılı olaraq mövcuddur.
Batareyanın kifayət qədər dolu olduğuna əmin olun və ya yeniləməyə başlamazdan əvvəl
adapteri qoşun.
Xəbərdarlıq: Əgər Siz yeniləşdirmə proqramını yükləsəniz, yükləmə prosesi
bitənə qədər və cihaz yenidən işə düşənə qədər cihazdan istifadə edə
bilməyəcəksiniz və hətta təcili yardım zənglərini də etmək mümkün olmayacaq.
Yeniləşdirmə proqramının yüklənməsini qəbul etməzdən qabaq məlumatın
yükləndiyindən əmin olun.
■