Nokia 3610 fold - Rəqəmli (müəllif) hüquqların idarəsi 

background image

Rəqəmli (müəllif) hüquqların idarəsi

Sahiblərin geniş hissəsi müəllif hüquqları da daxil olmaqla, öz intellektual mülkünü qorumaq

məqsədi ilə Rəqəmli hüquqlar idarəsinin (RHİ) müxtəlif texnologiya növlərindən istifadə edə

bilər. Bu cihaz RHİ tərəfindən qorunan tərkibə daxil olmaq üçün RHİ proqramlarının müxtəlif

növlərindən istifadə edir. Siz bu cihazın vasitəsi ilə WMDRM 10 ilə qorunan məzmuna giriş

əldə edə bilərsiniz. Əgər hansısa RHİ proqramı məzmunu qoruya bilmirsə, onda məzmun

sahibləri bu kimi RHİ proqramın yeni RHİ tərəfindən qorunan məzmuna daxil olmasının

ləğv olunmasını tələb edə bilərlər. Bu kimi RHİ proqramının ləğv edilməsi artıq sizin

cihazınızda RHİ tərəfindən qorunan tərkibin yeniləşməsinin qarşısını ala bilər. Belə RHİ

proqramının ləğvi RHİ başqa növləri tərəfindən qorunan digər tərkiblərin istifadəsinə, və ya

RHİ tərəfindən qorunmayan tərkiblərə təsir etməyəcək.
Rəqəmli hüquqların idarəsi (RHİ) tərəfindən qorunan tərkib birgə fəallaşdırma düyməsi

vasitəsilə görünür ki, bu da tərkibdən istifadə etmək üçün Sizin hüquqlarınızı müəyyənləşdirir.
Əgər Sizin cihazda OMA RHİ qorunan tərkib varsa, hər iki fəallaşdırma düyməsini və

tərkibin geriyə qaytarması üçün Nokia ŞK Dəstinin köçürtmə xüsusiyyətindən istifadə edin.

Digər ötürmə metodları ola bilsin ki, cihazın yaddaşını formatladıqdan sonra Sizin üçün

Oma RHİ istifadəni davam etmək imkanına malik olmaq üçün ötürüləsi tərkibi fəallaşdırma

düymələrini köçürməsin. Siz həmçinin cihazınızdakı faylların pozulduğu təqdirdə

fəallaşdırma düymələrini bərpa etməli ola bilərsiniz.
Əgər Sizin cihazda WMDRM qorunan tərkib varsa, cihaz yaddaşının formallaşdırılması

zamanı fəallaşdırma düymələri və tərkib itiriləcək. Sizin cihazınızdakı faylların pozulması

zamanı da fəallaşdırma düymələri və tərkibdən məhrum ola bilərsiniz. Fəallaşdırma

düymələri, və ya tərkibi itirmək Sizin cihazınızda həmin tərkibdən təkrar istifadə etmək

imkanınızı məhdudlaşdıra bilər. Daha geniş məlumat almaq üçün sizə xidmət göstərən

müəssisə ilə əlaqə saxlayın.