
Sizin cihaz haqqında
Bu təlimatda təsvir edilmiş simsiz cihaz EGSM 850 və 900 və GSM 1800 və 1900
şəbəkələrində istifadə üçün təsdiq edilmişdir. Şəbəkə haqqında daha ətraflı məlumat əldə
etmək üçün xidmət provayderinizlə əlaqə saxlayın.
Bu cihazdakı funksiyalardan istifadə edərkən bütün qanunlara riayət edin və müəllif
hüquqları da daxil olmaqla, yerli adətlərə, digər şəxslərin şəxsi işlərinə və qanuni
hüquqlarına hörmət edin.
Müəlliflik hüquqlarının mühafizəsi müəyyən şəkillərin, zəng signalları melodiyalarının və
digər məzmunlu funksiyaların surətinin çıxarılmasına, dəyişdirilməsinə və ya köçürülməsinə
mane ola bilər.
Cihazınızda üçüncü tərəf internet saytları üçün əvvəlcədən qurulan əlfəcinlər və bəndlər
ola bilər. Həmçinin cihazınız vasitəsilə üçüncü tərəf saytlara daxil ola bilərsiniz. Üçüncü
tərəf saytlar Nokia-nın himayəsində deyil və Nokia onlara görə məsuliyyət daşımır. Əgər
belə saytlara daxil olmaq istəsəniz təhlükəsizlik və ya tərkib üçün ehtiyat tədbirlərini həyata
keçirməlisiniz.
Telefonun yaddaşında saxladığınız bütün zəruri məlumatın rezerv surətlərini çıxarmağı və
ya yazılı qeyd etməyi unutmayın.
Digər cihaza qoşularkən təhlükəsizliklə bağlı ətraflı məlumatı əldə etmək üçün onun istifadə
təlimatını oxuyun. Uyğun olmayan məhsulları qoşmayın.

Ü m u m i m ə l u m a t
Xəbərdarlıq: Zəngli saat istisna olmaqla bu cihazın bütün imkanlarının istifadəsi
üçün telefon işə salınmalıdır. Simsiz cihaz maneə və ya təhlükə törədə biləcəyi
yerlərdə telefonu işə salmayın.
■