. Kamera
Kamera şəkilləri JPEG və videoklipləri 3GPP formatında çəkir. Kamera linzası telefonun ön
hissəsində yerləşir. Rəngli ekran görüntü axtarıcısı kimi çalışır.
Şəkil çəkilişi
Görüntü axtarıcısını açmaq üçün seçin
Menyu > Media > Kamera.
Kamera rejimində miqyası böyütmək və ya kiçiltmək üçün səs düymələrini yuxarı və ya
aşağı basın.
Şəkil çəkmək üçün seçin Çək yaxud kamera düyməsini basın. Telefon şəkilləri yaddaş
kartında saxlayır.
İşıqlanma zəif olduqu halda seçin
Seçiml. > Gecə rejimi yanır.
Şəkilləri tez sıralama ilə çəkmək üçün seçin
Seçiml. > Şək. sıralama yanır. Şəkilin
ölçüsündən asılı olaraq üçdən səkkizə qədər şəkil çəkmək olar.
0
M e d i a
Şəkili dərhal çəkildikdən sonra göstərmək üçün
Seçiml. > Parametrlər > Şəkilə baxma
vaxtı və ilkin baxış vaxtını seçin. İlkin baxış zamanı digər şəkili çəkmək üçün
Geri yaxud
şəkili multimedia mesajı göndərmək üçün
Göndər seçin.
Sizin telefon 1024 x 1280 piksel şəkil ölçülərini dəstəkləyir.
Kamera və video seçimləri
Filtrdan istifadə etmək üçün seçin
Seçiml. > Effektlər > Normal, Greyscale (Boz), Sepiya
yaxud Neqativ.
Kamera və video parametrlərini dəyişmək üçün seçin
Seçiml. > Parametrlər.
■