
Brauzer təhlükəsizliyi
Şəbəkə daxilində bank əməliyyatları və ya alış-veriş kimi müəyyən xidmətlər üçün
təhlükəsizlik xüsusiyyətləri tələb olunur. Bu növ qoşulmalar üçün sizə təhlükəsizlik
sertifikatları və, ola bilsin ki, SIM kartınızda mövcud olan təhlükəsizlik modulu tələb oluna
bilər. Daha geniş məlumat almaq üçün sizə xidmət göstərən müəssisə ilə əlaqə saxlayın.

İ n t e r n e t
Təhlükəsizlik modulu
Təhlükəsizlik modulu brauzer bağlantısını tələb edən proqramlar üçün təhlükəsizlik
xidmətlərini yaxşılaşdırır və sizə rəqəmli imzadan istifadə imkanını verir. Təhlükəsizlik
moduluna sertifikatlar və həmçinin şəxsi və açıq açarlar daxil ola bilər. Sertifikatlar xidmət
təminatçısı tərəfindən təhlükəsizlik modulunda saxlanılır.
Təhlükəsizlik modulu parametrlərinə baxmaq və ya onları dəyişdirmək üçün, seçin
Menyu > Parametrlər > Təhlükəsizlik > Təhlükəsizlik modulu parametrləri.
Sertifikatlar
Zəruri məlumat: Sertifikatların istifadəsi uzaq məsafəli birləşmələrdə və
proqramların yüklənməsində yaranan riskləri əhəmiyyətli dərəcədə azaltmasına
baxmayaraq, bu sertifikatlar təkmilləşdirilmiş təhlükəsizlikdən daha çox
faydalanmaq üçün düzgün istifadə edilməlidir.
Sertifikatın mövcudluğu özü-özlüyündə qorunmanı təmin etmir; sertifikatı idarə edən
proqramda daha təkmilləşdirilmiş təhlükəsizlik üçün düzgün, orijinal və ye etibarlı
sertifikatlar olmalıdır. Sertifikatlar məhdud istifadə müddətinə malikdir. Əgər sertifikatınız
qüvvədə olmalı zaman “Expired certificate” və ya “Certificate not valid yet” göstərilirsə
cihazınızda qurulmuş tarixin va vaxtın düzgün olmasını yoxlayın.
Sertifikat parametrlərini dəyişdirməzdən əvvəl siz əmin olmalısınız ki, siz həqiqətən
sertifikatın sahibinə etibar edirsiniz və sertifikat həqiqətən siyahıda olan sahibə məxsusdur.
Sertifikatların üç növü mövcuddur: server sertifikatları, vəkalət sertifikatları və istifadəçi
sertifikatları. Siz bu sertifikatları xidmət təminatçınızdan qəbul edə bilərsiniz. Vəkalət və
istifadəçi sertifikatları da həmçinin xidmət təminatçınız tərəfindən təhlükəsizlik modulunda
saxlanıla bilər.
Telefonunuza yüklənilmiş vəkalət və ya istifadəçi sertifikatlarının siyahısını nəzərdən
keçirmək üçün seçin
Menyu > Parametrlər > Təhlükəsizlik > İcazə sertifikatları və ya
İstifadəçi sertifikatları.
işarəsi telefon və məzmun serveri arasında olan məlumatın ötürülməsi şifrə olunduğu
halda ekranda göstərilir.
Təhlükəsizlik işarəsi şəbəkə ilə məzmun serveri (və ya tələb olunan mənbənin saxlanıldığı
yer) arasında məlumatın ötürüməsinin təhlükəsiz olduğunu göstərmir. Şəbəkə ilə tərkib
serveri arasında məlumatın ötürülməsinin təhlükəsizliyi xidmət provayderi tərəfindən
təmin edilir.
Rəqəmli imza
SIM kartınızda təhlükəsizlik modulu olduğu halda siz telefonunuzun köməyi ilə rəqəmli
imzalar yarada bilərsiz. Rəqəmli imzanın istifadəsi adınızı kağızda yazılan hesab, müqavilə
və digər sənədə imza etdiyiniz kimi ola bilər.
Rəqəmli imzanı yaratmaq üçün səhifədə linki seçin, məsələn, almaq istədiyiniz kitabın adı
və onun qiymətini. Miqdarı və tarixi cəmləşdirə bilən imza olunmalı mətn göstərilir.
Başlıq mətninin Oxu olduqunu və rəqəmli imza işarəsi olan
göstərildiyini yoxlayın.
Qeyd: Rəqəmli imza işarəsinin peyda olmaması təsdiq edir ki, təhlükəsizliklə bağlı
qaydalara əməl edilməmişdir və siz imza PIN-i kimi şəxsi məlumatı daxil etməməlisiniz.
Mətni imzalamaq üçün ilk növbədə bütün mətni oxuyun və seçin
İmzala.

Mətn ekranın bir səhifəsinə yerləşməyə bilər. Bu səbəbdən, mətni imzalamaqdan əvvəl
mətni fırladaraq mütləq bütün mətni oxuyun.
İstifadə etmək istədiyiniz istifadəçi sertifikatını seçin. İmza PIN-ini daxil edin. Rəqəmli imza
işarəsi yox olur və xidmət sizin alışınız barədə təsdiqi göstərə bilər.