
Paket məlumatı, HSCSD və CSD
Telefonunuz vasitəsilə siz paket məlumatı, məlumatın kommutasiya olunan kanallarla
yüksək sürətli ötürülməsi (HSCSD) və məlumatın kommutasiya olunan kanallarla
ötürülməsi (CSD, GSM məlumatı) məlumat xidmətlərindən istifadə edə bilərsiniz. Məlumat
xidmətlərinə abunə olmaq və bu imkanlardan istifadə etmək üçün şəbəkə operatoru və ya
xidmət təminatçınızla əlaqə saxlayın. HSCSD xidmətlərindən istifadə adi səs və məlumat
zənglərindən fərqli olaraq telefon batareyasının daha çox gücünü sərf edir.
■