
16. Batareya və adapter barədə
məlumat
Sizin cihaz təkrar doldurulan batareya ilə təchiz edilmişdir. Bu cihazla istifadəsi nəzərdə
tutulan batareya BL-5C-dır. Bu cihaz üçün aşağıdakı adapterlər nəzərdə tutulmuşdur:
AC-3U, AC-4U yaxud AC-5U. Batareya yüzlərlə dəfə doldurula və boşaldıla bilər lakin
vaxt keçdikcə batareya köhnəlir. Danışmaq və gözləmə rejimlərinin vaxtı normal vaxtdan
qısadırsa batareyanı dəyişin. Yalnız Nokia tərəfindən təsdiq edilmiş batareyaları istifadə
edin və batareyanızın doldurulması üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş bu telefon
üçün nəzərdə tutulmuş batareya dolduran qurğuları istifadə edin. Təsdiq edilməyən batareya
və ya adapterin istifadəsi yanğın, partlayış, sızma və ya digər təhlükələr yarada bilər.
Batareya ilk dəfə istifadə edilərkən və ya batareya uzun müddət istifadə edilmədikdə enerji
qurğusunu cihaza birləşdirmək, sonra ayırmaq və batareyanın doldurulmasının başlanması
üçün təkrar birləşdirmək tələb oluna bilər. Batareya tam boşaldıqda ekranda batareyanın
doldurulması indikatorunun peyda olması və ya zəng edilməsi üçün bir neçə dəqiqə tələb
oluna bilər.
Batareyanı çıxararkən həmişə cihazı söndürün və enerjı qurğusundan ayırın.
Adapter istifadə edilmədikdə, onu elektrik rozetkadan və telefondan ayırın. Tam doldurulmuş
batareyanı dolduran qurğuya birləşmiş saxlamayın, çünki normadan artıq batareyanın
doldurulması onun istehlak müddətini qısalda bilər. İstifadə edilmədikdə tam doldurulmuş
batareya enerjisini vaxt keçdikcə itirir.
Həmişə batareyanı 15 və 25 °C arasında olan hərarət dərəcəsində saxlamağa çalışın).
Kəskin temperaturlar batareyanın fəaliyyətini və ömrünü azaldır. Batareyası isti və ya soyuq
olan cihaz qaydasında işləməyə bilər. Batareyanın iş keyfiyyəti donma nöqtəsindən aşağıda
olan dərəcələrdə xüsusilə məhdud olur.
Batareyanın qısa qapanmasına yol verməyin. Təsadüfi qısa qapanma dəmir pul, sıxac, və
ya qələm kimi metal əşyalar birbaşa batareyanın müsbət (+) və mənfi (-) terminalları ilə
əlaqədə olduqda baş verə bilər. (Bu batareyanın üzərində metal zolaqlar kimi görsənir.) Bu,
misal üçün, ehtiyat batareyasını cibinizdə və ya pul kisəsində gəzdirdikdə baş verə bilər.
Terminalların qısa qapanması batareyaya və ya əlaqədə olan əşyaya zərər verə bilər.
Partlamağa səbəb ola biləcəyi üçün batareyaları oda atmayın. Batareyalar zədələndikdə də
partlayışa səbəb ola bilər. Batareyaları yerli qaydalara müvafiq olaraq məhv edin. Mümkün
olduqda batareyanı başqa məqsəd üçün istifadə edin. Ev tullantısı kimi atmayın.

1
B a t a r e y a v ə a d a p t e r b a r ə d ə m ə l u m a t
Batareyaları sökməyin, kəsməyin, açmayın, vurmayın, deformasiya etməyin, əyməyin,
deşməyin və s. Əgər batareyadan maye axsa, bu surətdə mayenin dəri, və gözlərinizə
dəyməsinə imkan verməyin. Bu baş verdiyi halda isə dəri, və ya gözlərinizi dərhal su ilə
yuyun, ya da tibbi yardım axtarın.
Batareyaya kənar əşyaları daxil etməyin, batareyanı təmir etməyin, suya və ya digər
mayelərə salmayın.
Batareyanın düzgün istifadə edilməməsi yanğın, partlayış və ya digər təhlükələrə səbəb
ola bilər. Əgər cihaz və ya batareya sərt yerə düşsə və siz batareyanın zədələndiyinə əmin
olsanız, istifadə etmədən onu servis mərkəzinə apararaq yoxladın.
Batareyanı yalnız müvafiq məqsəd üçün istifadə edin. Heç vaxt zədələnmiş batareya və ya
batareyanı dolduran qurğu istifadə etməyin. Onları kiçik uşaqların əli çatmadığı yerdə saxlayın.
■