
Baxım və texniki xidmət
Sizin cihaz əla keyfiyyətli dizayn və sənətkarlıq məhsuludur və ehtiyatla qorunmalıdır.
Aşağıda göstərilən təkliflər zəmanətin əhatə etdiyi sahələrin qorunmasına yardım edəcək.
● Cihazı quru saxlayın. Çöküntü, nəmlik və bütün növ maye və rütubətin tərkibində
eletron sxemlərin korroziyasına səbəb ola biləcək minerallar ola bilər. Cihazınız yaş
olduqda batareyanı çıxarın və onu yenidən yerinə yerləşdirənə qədər cihazın tam
qurumasını təmin edin.
● Cihazı tozlu, çirkli yerlərdə istifadə etməyin. Onun ayrıla bilən hissələri və elektron
komponentləri zədələnə bilər.
● Cihazı isti yerdə saxlamayın. Yüksək temperatur elektron cihazların istehlak müddətini
qısaldır, batareyaları zədələyir və müəyyən plastik hissələri əyir və ya əridir.
● Cihazı soyuq yerdə saxlamayın. Cihaz normal temperatura qayıtdıqda cihazın içində
nəmlik yarana bilər bə bunun nəticəsində elektron sxemlərin plataları zədələnə bilər.
● Cihazı yalnız bu təlimatda göstərilən qaydada açın.
● Cihazı yerə salmayın, taqqıldatmayın və ya silkələməyin. Kobud rəftar daxili montaj
platasını və dəqiq mexanika elementlərini qıra bilər.
● Cihazın təmizlənməsi üçün sərt kimyəvi preparatları, təmizləyici həllediciləri və ya güclü
tozları istifadə etməyin.
● Cihazı rəngləməyin. Rəng hərəkət edən hissələri tıxaya və müvafiq əməliyyatlara mane
ola bilər.
● Kamera, yaxınlaşdırıcı qurğu, və fotodetektor linzaları kimi optik şüşələrin təmizlənməsi
üçün yumşaq, quru parça istifadə edin.
● Yalnız təchiz və ya təsdiq edilmiş əvəzedici antenaları istifadə edin. Qadağan edilmiş
antenaların, modifikasiyaların və ya aksessuarların istifadəsi sizin cihazı zədələyə bilər
və radio cihazlarının istifadəsini tənzimləyən qaydaların pozulmasına səbəb ola bilər.
● Batareyanı bağlı otaqda doldurun.
● Cihazınızı xıdmət şəbəkəsinə göndərdikdə həmişə saxlamaq istədiyiniz məlumatın
(əlaqələr və təqvim qeydləri kimi) surətini çıxarın.
● Optimal işləməsi üçün qurğunun vaxtaşırı yenidən quraşdırılması məqsədilə onu
söndürün və batareyanı çıxardın.
Yuxarıda göstərilən bütün təkliflər eyni dərəcədə sizin cihazınıza, batareyaya, batareya
doludran qurğuya və ya hər hansı aksessuara şamil edilir. Hər hansı cihaz düzgün
işləmədikdə onu təmir üçün yaxınlıqda yerləşən səlahiyyətli xidmət şəbəkəsinə aparın.
B a x ı m v ə t e x n i k i x i d m ə t

3
T ə h l ü k ə s i z l i k l ə b a ğ l ı ə l a v ə m ə l u m a t
Utilizasiya
Məhsulun, sənədlərin və ya qablaşdırmanın üzərində olan üstündən xətt çəkilmiş
təkərli zibil yeşiyi işarəsi sizə xatırladır ki, Avropa Birliyində bütün elektrik və elektron
məhsullar, batareyalar və akkumulyatorlar istifadə müddəti bitdikdən sonra utilizasiya
üçün təhvil verilməlidir. Bu məhsulları çeşidləndirilməmiş bələdiyyə tullantılarının
arasına yerləşdirməyin.
Məhsulları toplanma yerlərinə qaytararaq siz nəzarətsiz tullantıların qarşısını alırsınız
və materialların yenidən istifadəsinə kömək edirsiniz. Ətraflı məlumatı pərakəndə
satıcıdan, yerli bələdiyyələrdən, milli istehlakçılardan, hakimiyyət orqanlarından və ya
yerli Nokia nümayəndəliyindən əldə edə bilərsiniz. Məhsulun Eko-Bəyannaməsi ilə
və ya məhsulunuzu qaytarmaq üçün təlimatlarla bağlı www.nokia.com ünvanından
ölkənizə aid məlumatlara baxın.