
Nokia batareyasının identifikasiyası qaydaları
Təhlükəsizliyiniz üçün həmişə Nokia batareyalarını istifadə edin. Orijinal Nokia batareyasını
aldığınıza əmin olmaq üçün onu səlahiyyətli Nokia dilerindən alın və aşağıdakı addımları
izləyərək holoqramı yoxlayın:
Bütün addımların müvəffəqiyyətli tamamlanması batareyanın orijinallığının tam təsdiqi
deyil. Əgər batareyanın orijinal Nokia batareyası olduğuna dair sizdə şübhə varsa, siz onu
istifadə etməkdən çəkinməli və yardım üçün yaxınlığınızda olan səlahiyyətli Nokia xidmət
şəbəkəsinə və ya dilerinə müraciət etməlisiniz. Səlahiyyətli Nokia xidmət şəbəkəsi və ya
dileri batareyanın orijinallığını yoxlayacaq. Batareyanın orijinallığı təsdiq edilmədikdə onu
aldığınız yerə qaytarın.
Orijinal holoqram
1. Etiketdə olan holoqrama baxarkən siz bir bucaqdan Nokianın
birləşdirən əllər simvolunu, digər bucaqdan isə Nokia Orijinal
Aksesuarlar loqosunu görməlisiniz.
2. Holoqramı sol tərəfə əydikdə siz hər tərəfdə müvafiq olaraq
1, 2, 3 və 4 nöqtə görməlisiniz.

2
Batareyanız orijinal deyilsə?
Əgər siz batareyanın orijinal Nokia batareyası olduğunu etiketdə olan holoqramla
təsdiq edə bilmirsinizsə, batareyanı istifadə etməyin. Həmin batareyanı yardım üçün
yaxınlığınızda olan Nokia şəbəkə xidmətinə və ya dilerinə aparın. Istehsalçı tərəfindən
təsdiq edilməmiş batareyanın istifadəsi təhlükəli ola bilər və sizin cihazınıza və onun
aksesuarlarına zərər verə bilər. Həmçinin bu hal cihaza tətbiq edilən hər hansı təsdiq və
zəmanətin də qüvvədən düşməsinə səbəb ola bilər.
Orijinal Nokia batareyaları haqqında daha ətraflı məlumat üçün bax www.nokia.com/battery.