
Təhlükəsizliklə bağlı əlavə məlumat
■
Azyaşlı uşaqlar
Sizin cihazda və aksessuarlarda xırda hissələr ola bilər. Onları kiçik uşaqların əli çatmadığı
yerdə saxlayın.
■
Əməliyyat mühiti
RT şüalarına məruz qalma təlimatlarına əsasən cihazı normal olaraq qulağa tutmaq və
ya bədəndən ən azı 2,2 santimetr (7/8 düym) uzaqda saxlamaq lazımdır. Bədən üzərində
daşınmaq üçün diplomat, kəmər sıxacı və tutacaq istifadə edilirsə bu əşyalarda metal
olmamalı və cihaz bədəndən yuxarıda qeyd edilən məsafədə yerləşdirilməlidir.
Məlumat fayllarını və ya mesajları göndərmək üçün bu cihaz şəbəkə ilə keyfiyyətli əlaqəni
tələb edir. Müəyyən hallarda belə əlaqə təmin edilməyincə faylların və ya mesajların
göndərilməsi ləngidilə bilər. Məlumatın göndərilməsi bitənə qədər əmin olun ki, yuxarıda
göstərilən ayırma məsafəsinə riayət edilir.
■
Tibbi cihazlar
Radio ötürücü avadanlığın, o cümlədən simsiz telefonların işlədilməsi qeyri-müvafiq
mühafizə edilən tibb cihazlarının funksionalığına təsir edə bilər. Tibb cihazlarının lazımi
qaydada RF enerjisindən qorunduğunu müəyyən etmək və istənilən suallarla bağlı həkim
və tibb cihazının istehsalçısına müraciət edin. Əgər tibbi avadanlıqlar yerləşən məkanda
telefon aparatını söndürmək tövsiyyəsi barədə elan vurulubsa, bu tələbə əməl etmək
lazımdır. Xəstəxanalar və tibb müəssisələri xarici RF enerjisinə həssas olan avadanlıqdan
istifadə edə bilər.
İmplantasiya edilmiş tibbi cihazlar
Tibbi cihazların istehsalçıları məsləhət görür ki, tibbi cihazla ehtimal müdaxiləni aradan
qaldırmaq üçün nəbzölçən və ya implantasiya edilmiş kardiyo defibrilyasiya cihazı ilə simsiz
cihaz arasında minimum 15,3 sm (6 düym) məsafə olmalıdır. Belə cihazları olan şəxslər
bunları etməlidirlər:

T ə h l ü k ə s i z l i k l ə b a ğ l ı ə l a v ə m ə l u m a t
● Mobil telefon qoşulu olanda onu tibbi qurğudan minimum 15,3 sm (6 düym) aralı
saxlamalıdırlar.
● Cihaz döş cibində daşımamalıdır.
● Təsir ehtimalını azaltmaq üçün telefonu tibbi cihazın əksi istiqamətindəki
qulağınıza qoyun.
● Müdaxilə olduğuna dair şübhə yaranarsa, dərhal simsiz cihazı söndürməlidirlər.
● Tibbi cihazlar barədə istehsalçıların yazdığı təlimatları oxumalı və əməl etməlidirlər.
Əgər mobil telefonun tibbi qurğu ilə istifadəsinə dair sualınız varsa həkiminizə müraciət edin.
Eşitmə cihazları
Bəzi rəqəmli naqilsiz cihazlar qulaq aparatlarının işlərinə təsir edə bilər. Belə müdaxiləni
hiss etdikdə xidmət provayderinizdən məsləhət alın.
■
Avtomobillər
RF siqnalları avtomobillərdə düzgün quraşdırılmamış və ya düzgün mühafizə edilməmiş
elektron yanacaq injektor sistemi, blokirovkaya qarşı elektron əyləc sistemləri, elektron
surət tənzimləyən sistemlər, hava kisəsi sistemləri kimi elektron sistemlərə təsir edə bilər.
Daha ətraflı məlumat üçün sizin avtomobilin və ya ona əlavə edilmiş avadanlığın istehsalçısı
və ya onun dileri ilə əlaqə saxlayın.
Yalnız professional personal cihaza texniki xidmət göstərə bilər və cihazı avtomobildə
quraşdıra bilər. Qüsurlu quraşdırılma və ya xidmət təhlükəli ola bilər və bu cihaza tətbiq
ediləcək hər hansı zəmanətin qüvvədən düşməsinə səbəb ola bilər. Avtomobilinizdə
bütün simsiz cihaz avadanlığının düzgün quraşdırıldığını və işlədiyini mütəmadi olaraq
yoxlayın. Tez alışan mayeləri, qazları və partlayıcı maddələri cihazın, onun hissələrinin və
aksesuarlarının daşındığı bölmədə saxlamayın və daşımayın. Hava balışı ilə təchiz edilmiş
avtomobillərlərlə bağlı unutmayın ki, hava kisələri böyük güclə şişirdilir. Hava balışının
olduğu və ya açılacağı ərazıdə əşyaları, o cümlədən quraşdırılmış və ya daşınan avadanlığı
yerləşdirməyin. Avtomobilin daxilində simsiz avadanlığın düzgün quraşdırılmaması və hava
kisəsinin şişməsi ciddi xəsarətlə nəticələnə bilər.
Təyyarədə uçuş zamanı cihazın istifadəsi qadağan edilir. Təyyarəyə minməmişdən əvvəl
cihazı söndürün. Simsiz telecihazların istifadəsi təyyarənin idarə edilməsi üçün təhlükəli ola
bilər, simsiz telefon şəbəkəsini qıra bilər və qeyri-qanuni ola bilər.
■
Potensial partlayıcı mühit
Potensial partlayıcı atmosferi olan ərazidə telefonu söndürün və bütün işarələrə və
göstərişlərə riayət edin. Potensial partlayıcı atmosferi olan ərazi adətən avtomobilinizin
mühərriyinin söndürülməsi tövsiyyə edilən ərazıni əhatə edir. Belə ərazilərdə qığılcımlar
partlamaya yaxud yanğına səbəb olur və bədən xəsarəti və ya hətta ölümlə nəticələnir.
Telefonu xidmət stansiyalarında olan qaz nasosları kimi yanacaq stansiyalarında söndürün.
Yanacaq depolarında, saxlama və paylama məntəqələrində, kimyəvi zavodlarda və ya
partlayış əməliyyatları keçirilən ərazilərdə məhdudiyyətlərə riayət edin. Potensial partlayış
atmosferi olan ərazilər həmişə olmasa da çox vaxt aşkar qeyd edilirlər. Bunlara qayıqlarda
göyərtənin aşağısı, kimyəvi maddə daşıma və ya saxlama yerləri və havada toz, metal
tozları və ya müxtəlif kimyəvi hissəciklər olan yerlər daxildir. Maye qazla işləyən avtomobil
istehsalçılarına bu cihazın həmin avtomobillərin yaxınlığında istifadə eilib edilməyəcəyini
soruşmalısınız.

T ə h l ü k ə s i z l i k l ə b a ğ l ı ə l a v ə m ə l u m a t
■
Təcili yardım zəngləri
Zəruri məlumat: Bu cihaz da daxil olmaqla simsiz telefonlar radio siqnalları,
simsiz şəbəkələri, daxili əlaqə xəttləri şəbəkələrini və istifadəçi üçün
proqramlaşdırılmış funksiyaları istifadə edərək işləyir. Əgər cihazınız internet
vasitəsilə səs zənglərini dəstəkləyirsə (internet zəngləri), həm internet zənglərini
və həm də mobil telefonu aktivləşdirin. Hər ikisi aktivləşdirildikdə cihaz həm
mobil şəbəkə, həm də internet ilə təcili zəng etməyə çalışacaqdır. Hər şəraitdə
bağlantıya təminat verilmir. Təcili tibbi yardım kimi əhəmiyyətli əlaqələr üçün Siz
yalnız simsiz cihaza etibar etməməlisiniz.
Təcili yardım zəngini etmək üçün:
1. Cihaz iş rejimində olmadıqda onu yandırın. Müvafiq siqnal intensivliyini yoxlayın.
Cihazınızdan asılı olaraq, aşağıdakıları tamamlamalı ola bilərsiniz:
● Cihazınıza SİM kart daxil edin.
● Cihazınızda aktivləşdirdiyiniz müəyyən zəng məhdudiyyətlərini götürün.
● Qoşulu olmayan və ya uçuş rejimi profilini aktiv profillə dəyişdirin.
2. Ekranı təmizləmək və cihazı zənglər üçün hazır etmək üçün lazım olan qədər başa
çatdırma düyməsini basın.
3. Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil edin. Təcili yardım nömrələri
ərazidən asılı olaraq fərqlənir.
4. Zəng düyməsini basın.
Təcili yardım zəngi edərkən tələb olunan məlumatı mümkün qədər dəqiq verin. Hadisə
yerində sizin simsiz cihazınız yeganə kommunikasıya vasitəsi ola bilər. İcazə verilənədək
zəngi bitirməyin.
■
Sertifikatlaşdırma məlumatı (XAD)
Bu mobil cihaz radiodalğaların təsiri haqda əsas təlimat tələblərinə cavab verir
Sizin mobil telefon radioötürücüsü və qəbuledicisidir. Bu cihaz beynəlxalq qaydalar
tərəfindən tövsiyyə edilmiş radio tezliyinə məruz qalma limitlərini aşmayan cihaz kimi
hazırlanmış və istehsal edilmişdir. Bu Rəhbər prinsiplər ICNIRP müstəqil elmi təşkilat
tərəfindən yaradılıb, belə ki, yaş həddi və sağlamlıq keyfiyyətləri nəzərə alınmadan, hər bir
kəsin müdafiəsini təmin etmək üçün hazırlanan təhlükəsizlik qaydalarından ibarətdir.
Mobil cihazlar üçün təsir standartı olaraq Xüsusi Absorbsiya Dərəcəsi (XAD) kimi tanınan
ölçü vahidi istifadə edilir. ICNIRP təşkilatının təlimatında göstərilmiş XAD həddi
2,0 vat/kilogramdır (Vt/kq) 10 qram toxuma ortalamaqla. XAD üçün testlər bütün sınaqdan
keçirilmiş tezlik diapazonlarında cihaz ən yüksək təsdiq edilmiş güc səviyyəsində məlumatı
ötürərkən standart iş vəziyyətində keçirilir. İstifadə edilən qurğunun XAD səviyyəsi
maksimal dərəcədən aşağı ola bilər, çünki qurğunun ancaq şəbəkə ilə əlaqə yaratmaq
üçün enerji verməsi tələb olunur. Bu rəqəm bir sıra faktorun təsiri ilə dəyişir; məsələn sizin
şəbəkə baza stansiyasına nə qədər yaxın məsafədə olmağınızdan asılıdr. Bu cihazın
qulaqda istifadəsi zamanı sınaqdan keçirilərkən ən yüksək XAD dərəcəsi 0,95 v/kg.

T ə h l ü k ə s i z l i k l ə b a ğ l ı ə l a v ə m ə l u m a t
Qurğu hissələrinin və aksessuarlarının istifadəsi XAD dərəcəsinə təsir edə bilər. Milli
hesabatçılıq tələblərindən və şəbəkə diapazonundan asılı olaraq XAD dərəcələri fərqlənə
bilər. XAD barədə əlavə məlumat məhsul haqda məlumatın ardınca www.nokia.com
saytında verilə bilər.
