
Göndər.

22
M e s a j x i d m ə t l ə r i
■
. Mesajın oxunuşu və cavablanması
1. Qəbul edilmiş mesajı əks etdirmək üçün seçin
Göstər. Ona sonradan nəzər yetirmək
üçün seçin
Çıx.
2. Mesajı sonra oxumaq üçün seçin
Menyu > Mesajlar > Gələnlər.
3. Mesaja cavab vermək üçün seçin
Cavabla. Cavab mesajını yazın.
4. Mesaj göndərmək üçün, seçin
Göndər.
■
. Multimediya mesajları
Yalnız müvafiq elementləri olan cihazlar multimediya mesajlarını qəbul edə və ekranda
nümayiş edə bilər. Mesajın görünüşü qəbul edən cihazdan asılı olaraq fərqli ola bilər.
Multimedia mesajında bir neçə əlavə ola bilər.
Multimedia mesaj xidmətinin mövcudluğu və ona abunə olmaqla əlaqədar olaraq xidmət
təminatçınız ilə əlaqə saxlayın.
Multimedia mesajının yazılması və göndərilməsi
Simsiz şəbəkə MMS mesajlarının ölçüsünü məhdudlaşdıra bilər. Əgər daxil edilmiş şəkil bu
limiti aşırsa, cihaz onun ölçüsünü dəyişdirə bilər.
1. Seçin
Menyu > Mesajlar > Mesaj yarat > Mesaj > Seçim-r > To multimedia
(Multimediaya).
2. Bir və ya daha çox telefon nömrəsini və ya elektron poçt ünvanlarını Kimə: sahəsinə
yazın. Yaddaşdan telefon nömrəsini və ya elektron poçt ünvanını istifadə etmək üçün
seçin
Əlavə et.
3. Mesajınızı yazın. Faylı əlavə etmək üçün ekranın aşağı hissəsində yerləşən
piktoqramlara tərəf diyirləyin. İstədiyiniz fayl tipini tapın və sonra seçin Daxil et.
İstədiyiniz fayla tərəf diyirləyin.
4. Mesajı göndərməzdən əvvəl onu nəzərdən keçirmək üçün seçin
Seçiml. > İlkin baxış.
5. Mesaj göndərmək üçün, seçin
Göndər.