
. Qoşulma qabiliyyəti
Siz Bluetooth simsiz texnologiyasıdan və USB məlumat kabelindən istifadə edərək telefonu
uyğun cihaza qoşa bilərsiniz. Siz həmçinin EGPRS dial-up bağlantıları üçün parametrləri
təyin edə bilərsiniz.
Bluetooth simsiz texnologiyası
Bu qurğu aşağıdakı profilləri dəstəkləyən Bluetooth Specification 2.0 + EDR ilə uyğundur:
Ümumi giriş, şəbəkə girişi, ümumi obyekt mübadiləsi, hands-free, qulaqlıq, fəal çatdırılma,
fayl ötürülməsi, kommutasiya şəbəkəsinin yaradılması, SIM kart girişi, şəxsi sahə
şəbəkəsinin profili, xidmətin aşkarlanması xidmətinin profili, ümumi audio/video paylaşması,
təkmilləşdirilmiş audio paylaşdırmasının profili, audio-video uzaq idarəetmə profili, ümumi
audio/video paylaşmasının profili və seriya portu. Bluetooth texnologiyasını dəstəkləyən
digər şəbəkələrlə qarşılıqlı əlaqəni təmin etmək üçün Nokia tərəfindən bu cihaz üçün
təsdiq edilmiş aksesuarları istifadə edin. Digər qurğuların bu qurğuya uyğun olması və ya
olmamasını müəyyən etmək üçün həmin qurğuların istehsalçıları ilə əlaqə saxlayın.
Müəyyən yerlərdə Bluetooth texnologiyasından istifadəsinə məhdudiyyətlər ola bilər.
Bununla bağlı yerlı orqanlarla və ya xidmət provayderinizlə əlaqə saxlayın.
Bluetooth texnologiyasını istifadə edən elementlər və ya digər elementləri istifadə edərkən
əsas kimi bu cür elementlərin istifadəsinə yol verən funksiyalar batareyanın enerjısınə
tələbatı artırır və barateyanın istehlak müddətini azaldır.
Bluetooth texnologiyası 10 metrə (32 fut) qədər məsafədə telefona başqa bir Bluetooth-u
dəstəkləyən cihazla əlaqə yarada biləcəyinə imkan yaradır. Bluetooth texnologiyasından
istifadə edən cihazlar radio dalğalar vasitəsi ilə əlaqə saxladığına görə sizin telefon və digər
cihazlar birbaşa görmə sahəsində olmaya da bilər, lakin əlaqə divarlar və digər elektrik
cihazlar kimi maneələrdən müdaxiləyə məruz qala bilər.
Mühüm mesaj:
● Gizli rejimdə telefonun istifadəsi zərərli proqramlardan mühafizə olunmaq üçün ən
etibarlı üsuldur.
● Etibar etmədiyiniz mənbələrdən Bluetooth əlaqəsini qəbul etməyin.
● Digər alternativ – Bluetooth funksiyasını söndürün. Bu, telefonun digər funksiyalarına
təsir etməyəcək.

33
P a r a m e t l ə r
Bluetooth əlaqəsini quraşdırmaq
Seçin
Menyu > Parametrlər > Bağlantı Bluetooth və aşağıdakılardan:
Bluetooth — Bluetooth funksiyasını aktiv yaxud qeyri-aktiv etmək.
Bluetooth bağlantısının
aktiv olduqunu göstərir. Bluetooth texnologiyasını ilk dəfə aktiv etdidkə sizdən telefona ad
vermək tələb olunur. Digərləri üçün müəyyən etmək üçün asan olan bir nadir ad seçin.
Səs üçün artırmaları axtar — uyğun olan Bluetooth audio cihazlarını axtarmaq üçün.
Telefona qoşmaq istədiyiniz cihazı seçin.
Cütlənmiş qurğular — məsafədə mövcud olan istənilən Bluetooth cihazını axtarmaq üçün.
Məsafədə mövcud olan istənilən Bluetooth cihazını siyahıda əks etdirmək üçün
Yeni seçin.
Cihazı və
Cüt seçin. Cihazı telefonunuzla əlaqələndirmək (cütləşdirmək) üçün cihazın
razılaşdıqınız Bluetooth keçid kodunu (16 işarəyə qədər) daxil edin. Siz bu keçid kodunu
cihaza yalnız birinci dəfə qoşulduqda təqdim etməlisiniz. Telefonunuz cihaza qoşulur və siz
məlumat ötürülməsini başlaya bilərsiniz.
Bluetooth simsiz bağlantısı
Seçin
Menyu > Parametrlər > Bağlantı > Bluetooth. Hansı Bluetooth bağlantısının
hal-hazırda aktiv olduqunu yoxlamaq üçün seçin Aktiv qurğular. Telefonla hal-hazırda
cütləşmiş Bluetooth cihazlarının siyahısını əks etdirmək üçün seçin Cütlənmiş qurğular.
Bluetooth parametrləri
Telefonunuzun digər Bluetooth cihazlarına göstərildiyini təyin etmək üçün seçin
Menyu > Parametrlər > Bağlantı > Bluetooth > Telefonumun görsənməsi yaxud Mənim
telefonumun adı.
Əgər siz təhlükəsizlik barədə narahatsınızsa, Bluetooth funksiyasını söndürün və yaxud
Telefonumun görsənməsi -ni Gizlidir göstəricisinə çevirin. Bluetooth əlaqəsini həmişə yalnız
razılaşdıqınız şəxslərlərdən qəbul edin.
Paket məlumatı
Ümumi paket radio xidməti (GPRS) mobil telefonlara məlumatı İnternet protokolu ilə (IP)
göndərmələri və qəbulu üçün istifadə olunan bir şəbəkə xidmətidir.
Xidmətdən necə istifadə ediləcəyini müəyyən etmək üçün seçin
Menyu > Parametrlər >
Balantı > Paket məlumat > Paket məlumat bağlantısı və aşağıdakılardan:
Ehtiyac olduqda — proqramın ehtiyacı olduqda paket məlumatın qoşulmasını yaratmaq.
Proqram sona çatdıqda qoşulma bağlanacaqdır.
Həmişə onlayn — telefonu işə saldıqda onun avtomatik olaraq paket məlumatı şəbəkəsinə
qoşulmasını təyin etmək üçün

3
P a r a m e t l ə r
Məlumat ötürülməsi
Təqviminiz, kontaktlarınız barədə məlumat və qeydlərinizi digər uyğun olan cihazla
(məsələn, mobil telefon), uyğun kompyuter yaxud uzaq İnternet serveri ilə (şəbəkə xidməti)
sinxronlaşdırın.
Sizin telefon onu SIM kartsız istifadə etdikdə uyğun olan kompyuter yaxud digər uyğun olan
cihaz ilə məlumat ötürülməsinə imkan verir.
Ötürmə kontaktların siyahısı
Telefonunuzdan məlumatın surətini çıxarmaq və ya onu sinxronizasiya etmək üçün cihazın
adı və parametrləri ötürmə kontaktların siyahısında olmalıdırlar. Əgər siz digər cihazdan
(məsələn, uyğun olan mobil telefon) məlumat alırsınız, digər cihazdan kontakt barədə
məlumatdan istifadə edərək müvafiq ötürülmə kontaktı siyahıya əlavə olunur. Server sinx
və Komp. sinx siyahıda ilkin elementlərdir.
Siyahıya yeni ötürülmə kontaktını əlavə etmək üçün (məsələn, mobil telefon) seçin
Menyu > Parametrlər > Bağlantı > Məlumat köçür > Seçiml. > Əlaqə əlavə et > Telefon
sinx yaxud Telefon surəti və ötürülmə növünə uyğun olaraq parametrləri daxil edin.
Surəti redaktə etmək yaxud parametrləri sinxronlaşdırmaq üçün ötürülmə kontaktı
siyahısından kontaktı və
Seçiml. > Redaktə et seçin.
Ötürülmə kontaktını silmək üçün onu ötürülmə kontaktı siyahısından və
Seçiml. > Sil seçin.
Uyğun olan cihazla məlumat ötürülməsi
Sinxronlaşdırma üçün Bluetooth simsiz texnologiyasından yaxud kabel bağlantısından
istifadə edin. Digər cihaz məlumatın qəbulu üçün işlək vəziyyətdə olmalıdır.
Məlumat ötürülməsini başlamaq üçün seçin
Menyu > Parametrlər > Bağlantı > Məlumat
köçür və Server sinx yaxud Komp. sinx fərqli olan ötürülmə kontaktını seçin. Parametrlərə
uyğun olaraq seçilmiş məlumatın surəti çıxarılır və yaxud sinxronizasiya olunur.
Uyğun kompyuterdən sinxronizasiya
Məlumatın təqvim, qeydlər və kontaktlardan sinxronizasiyasını keçirmək üçün sizin
telefon üçün Nokia PC Suite proqram təminatını kompyuterdə quraşdırın. Sinxronizasiya
üçün Bluetooth simsiz texnologiyadan və ya USB məlumat kabelindən istifadə edin və
kompyuterdən sinxronizasiyaya başlayın.
Serverdən sinxronizasiya
Uzaq İnternet serverdən istifadə etmək üçün sinxronlaşdırma xidmətinə abunə olun.
Daha ətraflı məlumat və bu xidmət üçün tələb olunan parametrlər barəsində xidmət
təminatçınızla əlaqə saxlayın. Parametrləri konfiqurasiya mesajı kimi qəbul edə bilərsiniz.
Bax “Konfiqurasiya parametrlərinin xidməti”, s. 10 və “Konfiqurasiya”, s. 37.
Sinxronlaşdırmanı telefonunuzdan başlamaq üçün seçin
Menyu > Parametrlər > Bağlantı >
Məlumat köçür > Server sinx. Parametrlərdən asılı olaraq Sinxronlaşdırmanı başla yaxud
Nüsxələməni başla seçin.
İlk yaxud kəsilmiş sinxronlaşdırmadan sonra sinxronlaşdırmanın bitirilməsinə 30 dəqiqəyə
qədər vaxt sərf oluna bilər.

3
P a r a m e t l ə r
USB məlumat kabeli
Siz USB məlumat kabelindən istifadə edərək telefon və uyğun olan kompyuter arasında
məlumat ötürə bilərsiniz. USB məlumat kabelini həmçinin Nokia PC Suite ilə istifadə
edə bilərsiniz.
Telefonu məlumat ötürülməsi və ya təsvir çapı üçün işlək vəziyyətə gətirmək məqsədi
ilə məlumat kabelini qoşun. Təsdiq edin USB məlumat kabeli qoşulub. Rejimi seçin. və
aşağıdakılardan seçin:
Nokia rejimi — telefonu Nokia PC Suite olan kompyuterdə proqramlarla əlaqənin
təminatı üçün
Çap və media — telefonu Windows Media Player (musiqi, video) ilə sinxronlaşdırmaq üçün
onu kompyuterə qoşmaq
Məlumat saxlama — Nokia proqram təminatına malik olmayan kompyuterə qoşulma və
telefondan məlumatı saxlamaq üçün istifadə etmək
USB tərzini dəyişdirmək üçün
Menyu > Parametrlər > Bağlantı > USB məlm. kabeli >
Nokia rejimi, Çap və media və ya Məlumat saxlama seçin.
■