
TƏHLÜKƏSİZLİK
Bu sadə göstərişləri oxuyun. Bu göstərişlərə əməl olunmaması təhlükəli və ya qeyri-qanuni
ola bilər. Daha ətraflı məlumat üçün istifadəçinin təlimatının tam mətnini oxuyun.
TƏHLÜKƏSİZLİKLƏ İŞƏ SALINMASI
Simsiz telefonların istifadəsi qadağan edilidiyi yerlərdə və ya bunun
nəticəsində maneə və ya təhlükə törədilə bilərsə, telefonu işə salmayın.
İLK NÖVBƏDƏ YOL TƏHLÜKƏSİZLİYİ QAYDALARI RİAYƏT
OLUNMALIDIR
Bütün yerli qanunlara riayət edin. Avtomobili idarə edərkən əllərinizi idarə
üçün boş saxlayın. Avtomobili idarə edərkən siz ilk növbədə yol təhlükəsizliyi
qaydalarını düşünməlisiniz.
MANEƏ
Bütün simsiz telefonlar maneələrə həssas ola bilər və bu onların iş
keyfiyyətlərinə təsir göstərə bilər.
MƏHDUDLAŞDIRILMIŞ ƏRAZİLƏRDƏ SÖNDÜRÜN
Bütün məhdudiyyətlərə riayət edin. Cihazı təyyarədə, tibbi cihazların,
yanacağın və ya partlayıcıların yanında söndürün.
KEYFİYYƏTLİ XİDMƏT
Yalnız müvafiq ixtisasa malik olan işçilər bu məhsulu quraşdıra və ya təmir
edə bilər.
TƏKMİLLƏŞDİRMƏLƏR VƏ BATAREYALAR
Yalnız təsdiq edilmiş aksesuar və batareyaları istifadə edin. Uyğun olmayan
məhsulları qoşmayın.
SUYA DAVAMLILIQ
Sizin telefon suya davamlı deyil. Onu quru vəziyyətdə saxlayın.
T Ə H L Ü K Ə S İ Z L İ K

Ü m u m i m ə l u m a t